2024-cü il yanvar ayının 22-də “Kapital Bank”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Ümumi yığıncaqda səhmdarlar 2024-2026-cı illər üzrə “Kapital Bank”ın strateji planları və strateji baxışını, eləcə də bankın fəaliyyəti ilə bağlı digər məsələləri müzakirə edəcəklər”, - deyə bankdan “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
“Kapital Bank” Azərbaycanda 140 ildən çoxdur fəaliyyət göstərir və aktivlərinin həcminə görə aparıcı bankların üçlüyünə daxildir. Bankın səhmdarları “PAŞA Holdinq” (81,08%), “PAŞA Sığorta” (7,52%) və fiziki şəxslərdir (11,4%).*
R.Əhmədov