Dövlət Vergi Xidməti (DVX) “MOJO AZ Bank Olmayan Kredit Təşkilatı” MMC-ni qeydiyyata alıb.
DVX-dən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, BOKT 2023-cü il noyabrın 20-də dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 300 min manat, qanuni təmsilçisi Ruslan Köçərlidir.
BOKT-un Müşahidə Şurasının üzvləri İqors Zemits, Rayvo Tambors və Matiss Ansviesulisdir.*
R.Əhmədov