Dövlət Vergi Xidməti (DVX) “MGN Capital Bank Olmayan Kredit Təşkilatı” MMC-ni qeydiyyata alıb.
DVX-dən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, BOKT 2023-cü il noyabr ayının 16-da dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 300 min manat, qanuni təmsilçisi Rəşad Kərimovdur.
BOKT-un Müşahidə Şurasının üzvləri Zaur Baxşəliyev, Asif Rza və Vəfa Fərəcova-Balabandır.*
R.Əhmədov