Prezident İlham Əliyev Azərbaycana idxal edilən bir sıra xammal və materiallara tətbiq olunan gömrük güzəştlərinin müddətinin uzadılması haqqında fərman imzalayıb.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, fərmana əsasən, 36 adda xammal və materialın Azərbaycana idxalı 31 dekabr 2026-cı ilədək əlavə dəyər vergisindən azad edilir (bu güzəştlərin müddəti 2023-cü il dekabrın 31-də başa çatacaq).
Bu siyahıya kənd təsərrüfatı və heyvandarlıq sahələri üçün xammal və materiallar, gübrələr, o cümlədən əhali üçün müxtəlif vitaminlər daxildir.*
R.Əhmədov