Dövlət Vergi Xidməti (DVX) nizamnamə kapitalı 169,78 min manat olan “ENBC GROUP” MMC-ni qeydiyyata alıb.
DVX-dən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib ki, şirkət oktyabrın 19-da dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Ceyhun Nəbizadədir.
Bundan başqa, DVX “Naftalan Qənnadı” ASC-ni 186,856 min manat məbləğində nizamnamə kapitalı ilə qeydiyyata alıb.
Şirkət oktyabrın 11-də dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Məhəmmədəli Şirinovdur.
Oktyabrın 3-də dövlət qeydiyyatına alınmış “NaxFarm” MMC-nin isə nizamnamə kapitalı 100 min manat, qanuni təmsilçisi Pakizə Babayevadır.*
B.Rüstəmbəyov