Dövlət Turizm Agentliyi (DTA) 2026-cı ildə ölkəyə gələn turistlərin sayının 4 milyon nəfərə qədər artacağını gözləyir. Bunu DTA sədrinin müşaviri Kənan Quluzadə deyib.
“Bu il üçün artım proqnozlarımız 20% olsa da, 11 ayın yekunları üzrə turist axını 1,9 milyon nəfər təşkil edib. İl sonuna turist axınının 30% artaraq 2 milyon nəfərdən çox olacağı gözlənilir. Biz tədricən pandemiyadan əvvəlki göstəricilərə qayıdırıq. Əlbəttə, 2019-cu ildəki rekord göstəricilərə nail olmaq üçün vaxt lazımdır, buna görə də yaxın üç ildə ölkəyə 4 milyon turistin gələcəyini gözləyirik”, - deyə o, bu gün jurnalistlərə bildirib.
K.Quluzadə, həmçinin daxili turist axınının bərpa olunduğunu və 2023-cü ildə 5 milyon nəfərə qədər artdığını qeyd edib.*
X.Nəsirzadə