Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Xocalı şəhəri, Kərkicahan və Turşsu qəsəbələri, eləcə də Malıbəyli kəndində tikinti və bərpa işlərinə 152,2 milyon manat yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, “Bakı Abadlıq Xidməti” MMC ilə 152 milyon 247,6 min manat məbləğində müqavilə bağlanıb.
Müqavilə çərçivəsində işlər 23 dekabr 2024-cü il tarixinədək yekunlaşdırılmalıdır.*
R.Kərimov