Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC Bakı şəhəri, Binəqədi qəsəbəsində inşa edilən yaşayış kompleksinin ərazisində 960 şagird yerlik tam orta məktəb binasının qazanxana ilə birlikdə tikintisi, avadanlıqlarla təchiz edilməsi və məktəb ərazisinin abadlaşdırılmasına 7,8 milyon manat yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, “HN Construction” QSC ilə 7 milyon 814,968 min manat məbləğində müqavilə bağlanıb.
“HN Construction” tərəfindən bütün işlər 2024-cü il dekabrın 25-dək yerinə yetirilməlidir.
“MİDA” MMC Binəqədi qəsəbəsində yerləşən 9 ha torpaq sahəsində yaşayış kompleksinin tikintisini planlaşdırır.*
B.Rüstəmbəyov