İsveçrə 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 85 ton əczaçılıq məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 30,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi İsveçrə Gömrük İdarəsinə istinadən xəbər verir.
İsveçrədən Azərbaycana əczaçılıq məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,7% artaraq 36,7 milyon frank (37,7 milyon avro) təşkil edib.
İxracın əmtəə strukturunda dərman vasitələri (mal nomenklaturasının kodu - 3004) üstünlük təşkil edib, İsveçrədən Azərbaycana dərman vasitələrinin ixracı miqdar ifadəsində 31,5% - 83 tona qədər, dəyər ifadəsində isə 3,4% - 35,6 milyon franka qədər (36,5 milyon avro) artıb.
İsveçrə Gömrük İdarəsinin məlumatına görə, 2022-ci ildə İsveçrə Azərbaycana 36 milyon frank dəyərində (35,7 milyon avro, 2021-ci illə müqayisədə artım 4,7 dəfə) 67 ton əczaçılıq məhsulları (artım 34,1%) ixrac edib.*
R.Kərimov