Prezident İlham Əliyev dekabrın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın yeni tərkibini təsdiq edib.
Müvafiq fərman dövlət başçısının saytında dərc olunub.
Sənədə əsasən, komissiyanın sədri Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi (əvvəllər baş nazirin birinci müavini), üzvləri isə müxtəlif nazirlik və idarələri təmsil edən 18 nəfərdir.*
Xəbərlər şöbəsi