Kurqan “Standart” ət kombinatı Azərbaycana mal əti konservi tədarük etməyə başlayıb.
“İnterfaks-Azərbaycan” agentliyi Rusiya mətbuatına istinadən xəbər verir ki, müəssisə artıq 20 tondan çox məhsul ixrac edib.
Şirkət Azərbaycanda mindən çox satış nöqtəsi olan “Oba Market” ticarət şəbəkəsinə mal əti konservi tədarük edəcək. Eyni zamanda, halal məhsullar da ixrac olunacaq.*