Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 28-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Dekabrın 28-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8888 manat/1EUR səviyyəsində (dekabrın 27-nə 1.8771 manat/1EUR) müəyyən edilib.
AMB dekabrın 28-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0187 manat/1RUB səviyyəsində (dekabrın 27-nə 0.0185 manat/1RUB) müəyyən edib.
AMB dekabrın 28-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsini 0.0578 manat/1TRY səviyyəsində (dekabrın 27-nə 0.0580 manat/1TRY) müəyyən edib.**
B.Rüstəmbəyov