“Azərişıq” ASC ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair tələblər proqramına əsasən pivot suarma tətbiq edilmiş və ərzaqlıq buğda əkilmiş sahələrin xarici elektrik təchizatının təmin olunması məqsədilə podratçı seçir.
Seçim açıq tender üsulu ilə keçirilir.
Tenderdə iştirak haqqı - 1500 manat təşkil edir .
Tenderdə iştirak etmək istəyən şirkətlər son 3 il ərzində 5 milyon manat ümumi məbləğdə olan layihəni uğurla icra etməsi haqqında məlumat və təsdiqedici sənədlər təqdim edilməlidir.
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 14 fevral saat 15:00.
Zərflərin açılış tarixi və vaxtı: 15 fevral saat 15:00.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.**
B.Rüstəmbəyov