Bakı və İrəvan sülh sazişindən o qədər də uzaq deyil. Bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bəyan edib.
«Başa düşmək vacibdir ki, danışıqların bu həlledici mərhələsində, görünür, son razılaşmadan o qədər də uzaq deyiik, həqiqətən də nəticəyə yönəlmiş hərəkətlərə ehtiyacımız var», - “The Guardian” nəşri Əmirbəyovun spözləırinbdə sitat gətirir.
O qeyd edib ki, Azərbaycan tərəfi İrəvandan sülh müqaviləsi ilə bağlı təkliflərə cavab gözləyir.
Əmirbəyov xatırladıb ki, müqavilə layihəsi beş əsas prinsip əsasında hazırlanıb: söhbət suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq tanınmış sərhədlərin qarşılıqlı hörmətdən, bir-birinə qarşı hər hansı ərazi iddialarından imtina etməkdən, güc təhlükəsindən imtina etməkdən və ya onun tətbiqindən, habelə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılmasından gedir.
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi qeyd edib ki, Bakı tərəflər arasında mübahisələrin həlli üçün mexanizm yaratmaq istəyir. O izah edib ki, söhbət sazişin bütün anlaşılmazlıqlarını və ya təfsirindəki fərqləri aradan qaldırmaq üçün yaradılması lazım olan hansısa ikitərəfli komissiyadan bəhs edən bənddən gedir.
Əmirbəyov diqqət yetirib ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin «milli təhlükəsizlik baxımından bizim üçün həlledici», həmçinin Orta dəhliz çərçivəsində alternativ marşrut kimi önəm daşıyır.
"Artıq vaxt itirə bilmərik. Üç il sonra Ermənistan 42 kilometrlik hissənin (Ermənistan ərazisindən keçən - İF) texniki-iqtisadi əsaslandırılmasına belə başlamayıb ", - o bəyan edib.
"Əlbəttə ki, biz Ermənistanı əvvəllər vəd etdiklərini yerinə yetirməyə məcbur edə bilmərik və bu dəhlizi güc və ya buna bənzər üsulla qəbul etdirmək üçün zorla soxulmağımızı (Ermənistana - İF) güman etmək mənasızdır. Buna görə də biz İran vasitəsilə avtomobil və dəmir yolu əlaqəsinin formalaşdırılması üçün "B" planı olaraq İrana müraciət etdik", - Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi əlavə edib.
Onun sözlərinə görə, alternativ marşrutun mövcudluğu «Ermənistanı ərazisindən keçə biləcək marşruta müqavimət göstərməyə davam edərkən itkilərini dərk etməyə məcbur edə bilər». **
R.Kərimov