2023-cü ildə beynəlxalq avtomobil daşımalarında iştirak edən Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) nəqliyyat vasitələrinin sayı 12 minə yaxın təşkil edib, bu da 2021-ci ilin göstəricisindən 5 dəfə çoxdur. Bu barədə ABADA-nın baş katibi Kənan Qurbanov bəyan edib.
“Azərbaycan beynəlxalq avtomobil daşımalarında iştirak edən nəqliyyat vasitələrinin sayı 11 960 ədəd olub. Qeyd etmək lazımdır ki, 2021-ci ildə bu say təxminən 2 400 təşkil edirdi”, - Qurbanov cümə axşamı mətbuat konfransında deyib.
Həmçinin, o qeyd edib ki, daşımaların sayı 13,9% artıb.
Onun sözlərinə görə, 2023-cü ilin 9 ayı ərzində 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə milli daşıyıcıların beynəlxalq bazarlarda payı 9 f.b. artıb.
Qurbanov qeyd edib ki, hesabat dövrü ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycan daşıyıcıları tərəfindən həyata keçirilən üçüncü ölkə daşımaları 2 dəfə artıb. **
X.Nəsirzadə