SOCAR şirkətinin Müşahidə Şurasının növbəti iclasında “SOCAR Green” MMC-nin təsis edilməsi təsdiqlənib.
“Cümə axşamı Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda ölkədə bərpaolunan enerji mənbələrinin inkişafı, həmçinin SOCAR-ın dekarbonizasiya hədəflərinə çatması məqsədilə “SOCAR Green” MMC şirkətinin təsis edilməsi təsdiq edilib”, - SOCAR-ın məlumatında deyilir.
Həmçinin, MŞ tərəfindən “Yeni Əməliyyat Modeli”nin icra statusuna dair təqdimat edilib. Qarşıya qoyulan strateji məqsədlərə nail olmaq məqsədilə tətbiq olunan əməliyyat modeli qısa müddət ərzində SOCAR-da korporativ idarəetmə proseslərinin təkmilləşdirilməsi, biznesin dayanıqlılığı və korporativ mədəniyyətin növbəti inkişaf mərhələsinə çatdırılması işlərinə mühüm töhfə verib.
O cümlədən, iclasda SOCAR-ın 2023-cü ilin ilk 9 ayı üzrə fəaliyyət nəticələri ətraflı müzakirə edilib, neft və qaz yataqlarının işlənməsi üzrə görülən işlər, hasilat göstəriciləri, bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi, dekarbonizasiya istiqamətində atılan addımlar barədə məlumat verilib. Eyni zamanda, şirkətin 2024-cü il üçün büdcə layihəsi müzakirə edilib. **
B.Rüstəmbəyov