Azərbaycanın baş naziri Əli Əsədov və Rusiya hökumətinin sədri Mixail Mişustin iki ölkə arasında sənaye və nəqliyyat sahəsində qarşılıqlı əlaqələrini müzakirə ediblər. “Mixail Mişustin Azərbaycanın baş naziri Əli Əsədovla telefon danışığı aparıb. hökumət başçıları Azərbaycan-Rusiya ticarət-iqtisadi əməkdaşlığının aktual məsələlərini nəzərdən keçiriblər. Sənaye və nəqliyyat sahəsində qarşılıqlı əlaqələrin inkişafına xüsusi diqqət ayrılıb”, - Rusiya hökumətinin Teleqram kanalında dərc olunan məlumatda deyilir
Həmçinin, baş nazirlər Müstəqil Dövlətlər Birliyində və digər çoxtərəfli formatlarda birgə işi müzakirə ediblər. **
İnformasiya şöbəsi