Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla sülh müqaviləsi və münasibətlərin normallaşması üzrə danışıqların gedişini müsbət qiymətləndirir.
"2023-cü ilin sonunda Ermənistanla sülh prosesi çərçivəsində müəyyən müsbət nəticələr əldə olunub. Bu nəticələr Bakı ilə İrəvan arasında birbaşa təmaslar sayəsində əldə edilib. Bütövlükdə 2024-cü ilə nikbin baxırıq. Öz tərəfimdən deyə bilərəm ki, Azərbaycan legitim maraqları nəzərə alaraq və beynəlxalq hüququ əsas götürərək bu istiqamətdə zəruri addımlar atacaq”, - Bayramov cümə axşamı Xarici İşlər Nazirliyinin (XİN) 2023-cü ilin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə gör, 2023-cü ildə sülh müqavilə çərçivəsindəerməni həmkarı ilə 4 görüşü keçirib, oktyabrda Tehranda daha bir qeyri-rəsmi görüş baş tutub.
Bayramov 2024-cü ildə Ermənistan tərəfi ilə birbaşa təmaslara ümidvar olduğunu bildirib. “Lakin bununla paralel olaraq biz sülh müqavilə üzərində işəyirik. Xüsusilə, təkliflər paketini Ermənistan tərəfinə təqdim etmişik”, - XİN başçısı əlavə edib. **
X.Nəsirzadə