Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan edib ki, Bakı müvafiq şərtlər və müraciətlər olarsa Moskva ilə Kiyev arasında sülh təşəbbüslərinə kömək etməyə hazırdır.
"Ukraynadakı vəziyyət təbii ki, bizim üçün ciddi narahatlıq mənbəyidir. Demək istərdim ki, nəinki hərbi əməliyyatlar başladıqdan sonra, həm də Rusiya ilə Ukrayna arasında gərginlik yarandığı ərəfədə, Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti, Ukrayna prezidenti ilə münasibətlərin səviyyəsini nəzərə alaraq, gərginliyin azaldılmasına və siyasi-diplomatik yolla həll edilməsinə kömək etmək üçün bir sıra hərəkətlər edib", - Bayramov cümə axşamı 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, «təəssüf ki, bu təşəbbüs, dünya liderlərinin həyata keçirdiyi bir çox təşəbbüs kimi uğursuz olub və demək olar ki, iki ildir ki, müşahidə etdiyimiz faciəli vəziyyətə səbəb oldu».
Bununla yanaşı, sülh təşəbbüslərinə toxunan Bayramov qeyd edib ki, «təşəbbüs məqsəd ola bilməz, bunun üçün müəyyən minimum şərtlər, ən azı ciddi əhval-ruhiyyə və ən azı bir tərəfin hazır olması, müraciətlər lazımdır».
"Azərbaycan həm Rusiya, həm də Ukrayna ilə açıq və etibarlı münasibətləri olan azsaylı ölkələrdən biridir. Bunu nəzərə alsaq, Azərbaycan vasitəçilik qabiliyyəti hər iki tərəfə kömək edə biləcək bir ölkədir. Ancaq bunun üçün müvafiq məqam və müraciət olmalıdır", - XİN başçısı əlavə edib. **
X.Nəsirzadə