Rəsmi Bakı 2024-cü ildə Vaşinqtondan Azərbaycan-Amerika münasibətlərinin tam bərpası üçün gələcəkdə müsbət addımlar gözləyir. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan edib.
"Azərbaycan tərəfinin mövqeyi aydındır. Oktyabr ayında ABŞ ilə münasibətləri gərgin hesab etmək olardı. Lakin bu, Azərbaycanın təşəbbüsü deyildi, Dövlət Departamenti nümayəndəsinin Azərbaycan əleyhinə açıqlamalarının nəticəsi idi və Azərbaycan buna adekvat cavab verib", - Bayramov cümə axşamı 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bundan sonra Vaşinqton bir sıra müsbət hərəkətlər edib, xüsusilə Azərbaycan prezidenti və ABŞ dövlət katibi arasında telefon danışığı baş tutub, Dövlət Departamentinin nümayəndəsi Azərbaycanda səfərdə olub.
"Biz hər zaman ABŞ ilə normal münasibətlərdə maraqlı olmuşuq. Müxtəlif istiqamətlərdə çox sayda layihələr həyata keçiririkk, etibarlı tərəfdaş olduğumuzu sübut etmişik", - o qeyd edib.
Bayramov hesab edir ki, münasibətləri tam normallaşdırmaq üçün Bakı 2024-cü ildə Vaşinqtondan daha da müsbət addımlar gözləyir. **
X.Nəsirzadə