AzərbaycanIN xarici işlər naziri Ceyhun Bayramov bəyan edib ki, Rusiya sülhməramlı kontingentinin Qarabağ regionunda fəaliyyət müddəti 2020-ci il 10 noyabr tarixli Üçtərəfli bəyanat əsasında tənzimlənir.
“Üç ölkənin (Azərbaycan, RF və Ermənistan - İF) liderləri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli bəyanat var. Həmin sənəddə Rusiya sülhməramlı kontingentinin Azərbaycandakı fəaliyyəti 2025-ci ilə kimi nəzərdə tutulub", - Bayramov cümə axşamı 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında qeyd edib. **
X.Nəsirzadə