İsrailin xarici işlər naziri Eli Kohen cümə axşamı bəyan edib ki, Rəcəb Tayyib Ərdoğan Türkiyənin prezidenti vəzifəsini icra etdiyi müddətdə İsrail Türkiyəyə səfiri geri qaytarmayacaq. Bu barədə “Haaretz” nəşri məlumat verir.
«İsrail səfiri Ərdoğanın Türkiyə prezidenti olduğu müddətdə geri dönməyəcək», - nəşr Kohenin sözlərindən sitat gətirib.
Dünən Ərdoğan bildirib ki, Qəzza zolağında İsrail hərbçilərinin hərəkətləri ilə əlaqədar Netanyahu ilə Adolf Hitler arasında «heç bir fərq yoxdur».
Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, «kürdlərin soyqırımını həyata keçirən və dünya üçün rekord sayda hakimiyyətinə qarşı çıxan jurnalistləri həbsxanada saxlayan Ərdoğan əxlaqı təbliğ edə bilən son şəxsdir».
İsrail mətbuatı xatırladır ki, noyabr ayında Ərdoğan İsrail hakimiyyətini «hərbi cinayətlər törətməkdə» ittiham edəndən sonra bu ölkə Türkiyədəki səfirini geri çağırıb. Daha sonra Ankara da səfirini İsraildən geri çağırdı. **