2022-2023-cü illərdə Azərbaycan Ukraynaya $34 milyon, Qəzza zolağına - $2 milyon məbləğində yardım edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat verir.
“Azərbaycanın Ukraynaya humanitar yardımı bu il də davam edib. Ümumilikdə, Azərbaycan tərəfindən Ukraynaya göstərilmiş humanitar, eləcə də bərpa və yenidənqurma məqsədli yardımın məbləği 57 milyon manatdan artıq (təxminən $34 milyon) təşkil edir ki, bunun yarıya qədəri cari il ərzində həyata keçirilib”, - XİN qeyd edir.
Nazirliyin məlumatına görə, həmçinin Azərbaycan Qəzza zolağındakı mülki əhaliyə yardım məqsədilə BMT-nin fələstinli qaçqınlara yardım üzrə Yaxın Şərq Agentliyinə (UNRWA) maliyyə yardımı qismində $2 milyon ayırıb. **
X.Nəsirzadə