Cümə axşamı İsrail hərbçiləri İordan çayının Qərb sahilində HƏMAS qruplaşmasına maliyyə dəstəyi göstərməkdə şühəli bilinən valyuta mübadiləsi və pul köçürmələri ilə məşğul olan təşkilatların ofislərində axtarış həyata keçiriblər. Bu barədə qərb mətbuatı məlumat verir.
Reyddə İsrail polisi və «Şin-Bet» daxili təhlükəsizlik xidmətinin əməkdaşları iştirak ediblər. İsraillilər Ramallada, Cenində, Tulkarmada və Xevronda 21 nəfəri saxlayıblar.
Həmçinin cümə axşamı Ramallanın mərkəzində İsrail əsgərləri ilə fələstinlilər arasında toqquşmalar baş verib, bir nəfər ölüb, daha 14 nəfər yaralanıb. Bu cür insidenlər digər başqa yerlərdə də baş verib. **