“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs Xocavənd rayonu ərazisində yerləşən Hadrut qəsəbəsinin tikintisi məqsədilə söküntü və şaquli planlaşdırma işlərinə 2 milyon manat yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu məqsədlə “RAMCO” QSC ilə 2 milyon 3,463 min manat məbləğində müqavilə bağlanıb.
Müqavilə çərçivəsində işlər 12 fevral 2024-cü il tarixinədək yekunlaşdırılmalıdır.*
B.Rüstəmbəyov