Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tabeliyində Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin Ordubad şəhərinin Baş planının konseptual layihəsinin, ayrı-ayrı binaların və ictimai məkanların memarlıq həllərinin, şəhərin memarlıq üslubuna dair təlimatın hazırlanması ilə bağlı elan etdiyi tenderin qalibi “sapartners Kovari+Kovari International GmbH” olub.
“İnterfaks-Azərbaycan” agentliyi dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, şirkətlə 1 milyon 956,377 min manat məbləğində müqavilə bağlanıb.
Müqavilə çərçivəsində işlərin 27 dekabr 2024-cü il tarixinədək yekunlaşdırılması planlaşdırılır.*
X.Nəsirzadə