“Azərenerji” ASC 2024-cü ildə Qarabağ və Şərqi Zəngəzurda 12 su elektrik stansiyası (SES) istismara verməyi planlaşdırır.
Qurumdan verilən məlumata görə, “Azərenerji” 2023-cü ildə işğaldan azad olunmuş ərazilərdə 9 su elektrik stansiyasının tikintisinə başlayıb.
“Hazırda bu ərazilərdə 12 stansiyanın tikintisi davam edir və onların bir neçəsində işlər tamamlanıb. 2024-cü ildə istismara veriləcək bu su elektrik stansiyalarında ekoloji cəhətdən təmiz “yaşıl enerji” istehsal ediləcək”, - deyə məlumatda bildirilir.*
B.Rüstəmbəyov