Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO 5-8 mart 2024-cü il tarixlərində Yaponiyanın Tokio şəhərində keçiriləcək “FOODEX JAPAN 2024” beynəlxalq qida və içki sərgisində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, AZPROMO-nun şərtlərinə görə, vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı 15 şirkətdir.
Bununla əlaqədar seçimə qida və içki sənayesi sahəsində fəaliyyət göstərən şirkətlər dəvət olunub.
Sənədlər 26 yanvar 2024-cü il tarixinədək təqdim olunmalıdır.*
X.Nəsirzadə