2023-cü ildə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə Azərbaycandan $242,4 milyon məbləğində ixrac həyata keçirilib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
2022-ci ildə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə $269,7 milyon məbləğində ixrac (2021-ci illə müqayisədə artım 14,7%) həyata keçirilmişdi. Beləliklə, 2023-cü ildə bu göstərici 10,1% azalıb.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, yanvar ayında bu göstərici $9,8 milyon, fevralda $13,6 milyon, martda $17,5 milyon, apreldə $24,6 milyon, mayda $9,7 milyon, iyunda $16,9 milyon, iyulda $22,6 milyon, avqustda $14,7 milyon, sentyabrda $31,6 milyon, oktyabrda $18,4 milyon, noyabrda $41,5 milyon (2023-cü ildə ən yüksək aylıq göstərici – İF), dekabrda isə $21,5 milyon təşkil edib.
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 22 fevral 2017-ci il tarixli fərmanı əsasında yaradılıb.*
X.Nəsirzadə