Dekabrın 30-da “İnternational BOKT” QSC tədavül müddəti 60 ay olan 1 milyon manat məbləğində istiqraz yerləşdirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Bakı Fond Birjasına (BFB) istinadən xəbər verir.
Hərrac zamanı 3 investor tərəfindən 1 milyon 59 min manat məbləğində 3 sifariş təqdim edilib.
Hərraca çıxarılmış istiqrazların bütün həcmi (nominal dəyəri 1000 manat olan 1000 ədəd qiymətli kağız) yerləşdirilib.
İstiqrazlar üzrə illik gəlirlilik 18%, faiz ödəniş dövrü isə hər 30 gündən bir təşkil edir.
İstiqrazların ödəmə tarixi 30 dekabr 2028-ci ildir.
Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.
“International BOKT” QSC 2013-cü il mayın 21-dən fəaliyyət göstərir. Təşkilatın yeganə səhmdarı Rifat Həsənovdur. QSC-nin nizamnamə kapitalı 8 milyon manat, aktivləri 28 milyon 961,449 min manat (2022-ci ilin sonuna), kredit portfeli 24 milyon 602,159 min manatdır. 2022-ci ildə BOKT-un xalis mənfəəti 1 milyon 530,034 min manat təşkil edib.*
X.Nəsirzadə