Mərkəzi Seçki Komissiyası (MSK) dekabrın 30-da keçirilən iclasda İlham Əliyevin 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə namizədliyini qeydə alıb.
MSK-dan “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, İlham Əliyev növbədənkənar prezident seçkilərinə namizədliyi qeydə alınmış ilk namizəddir.
Dekabrın 26-da İlham Əliyevin müdafiəsi üçün toplanmış 50 min seçici imzasının olduğu imza vərəqələri MSK-ya təqdim edilib.
Mərkəzi Seçki Komissiyası 15 şəxsin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.
Azərbaycan Prezidenti 7 il müddətinə seçilir.*
Xəbərlər şöbəsi