Milli Depozit Mərkəzinin (MDM) 2024-2026-cı illər üzrə İnkişaf Strategiyası təsdiq edilib.
Strategiya Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) dəstəyi ilə hazırlanıb.
AMB-dən verilən məlumata görə, Milli Depozit Mərkəzinin növbəti strateji dövrdə təkmil korporativ idarəetmə və informasiya təhlükəsizliyinə malik olan, geniş xidmətlər təqdim edən və effektiv əməliyyat çərçivəsi olan bir quruma transformasiyası hədəflənir.
Strategiya çərçivəsində Azərbaycanda kapital bazarlarının səmərəli və effektiv fəaliyyət göstərməsinə və böyüməsinə dəstək göstərmək məqsədilə Milli Depozit Mərkəzinin fəaliyyətlərinin qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması və dayanıqlı ticarətsonrası infrastrukturunun qurulması nəzərdə tutulur.*
X.Nəsirzadə