Bu gün İran və Azərbaycan rəsmilərinin iştirakı ilə iki ölkə arasında yeni sərhəd keçid məntəqəsinin açılışı olub. Bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.
Nəşr qeyd edir ki, Astaraçay üzərində yeni körpünün açılış mərasimində Azərbaycan-İran Müştərək Komissiyasının həmsədrləri - Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş iştirak ediblər.*
R.Kərimov