Nazirlər Kabineti Bakı şəhərinin 2040-cı ilə qədərki dövrdə inkişafına dair Baş planını təsdiq edib.
Müvafiq sənəd Nazirlər Kabinetinin saytında dərc olunub.
Baş plan “AS+P Albert Speer + Partner Gmbh” şirkəti (Almaniya) tərəfindən hazırlanıb.
Baş plan layihəsinin hazırlanmasına yerli layihə təşkilatı qismində Bakı Dövlət Layihə İnstitutu, həmçinin mühəndis-kommunikasiya sistemləri, nəqliyyat və iqtisadi aspektlərin işlənməsi məqsədilə “Ramboll UK” (Böyük Britaniya) və “EY Advisory” (Fransa) şirkətləri cəlb edilib.*
Xəbərlər şöbəsi