2023-cü ildə Avropaya 11,8 milyard kubmetr Azərbaycan qazı ixrac edilib. Bunu energetika naziri Pərviz Şahbazov deyib.
Xəbər verildiyi kimi, 2022-ci ildə bu həcm 11,4 milyard kubmetr təşkil edib. Beləliklə, 2023-cü ildə ixracın həcmi 3,5% artıb.
2023-cü il dekabrın 31-də Azərbaycanın TAP vasitəsilə Avropaya qaz ixracına başlamasından üç il ötür.
“Bu müddətdə TAP-la Avropaya 31 milyard kubmetrdən çox qaz tədarük olunub. Bu il Avropaya qısa və uzunmüddətli müqavilələr üzrə 11,8 milyard kubmetr qaz ixrac edilib”, – deyə nazir sosial şəbəkədə yazıb.*
N.Abbasova, A.Əzizov