Cari ilin əvvəlindən MDB-yə sədrliyə keçən Rusiya Birlik ölkələrinin hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığını dərinləşdirməyi planlaşdırır.
Bundan əlavə, "terrorizm, ekstremizm, transmilli cinayətkarlıq, cinayət yolu ilə əldə edilən gəlirlərin leqallaşdırılması (yuyulması), narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, odlu silahların, sursat, partlayıcı və partlayıcı maddələrin qanunsuz dövriyyəsi kimi ənənəvi və yeni təhdidlərə və çağırışlara qarşı birgə qarşıdurma mexanizmlərinin möhkəmləndirilməsi davam edəcək”.
"Qeyd olunan məsələlər üzrə MDB-nin BMT, KTMT, ŞƏT, eləcə də digər təşkilat və birliklərin profil strukturları ilə qarşılıqlı əlaqə potensialının artırılması nəzərdə tutulur. Narkotik və qanunsuz odlu silah dövriyyəsinin aşkar edilməsi və qarşısının alınması üzrə birgə əməliyyatların aparılması təcrübəsi davam etdiriləcək. Bioloji təhlükəsizliyin təmin edilməsi sahəsində səylər bioloji risklərin monitorinqi sisteminin möhkəmləndirilməsinə, onlara reaksiya verərkən ümumi prinsip və yanaşmaların hazırlanmasına, informasiya mübadiləsinə yönəldiləcək", - sənəddə qeyd olunur. **