İsrail Hərbi Hava Qüvvələri PUA-lar vasitəsilə İsrailin şimalınahücum etməyi planlaşdıran Livanın cənubundakı «Hizbullah»ın özəyinə hücum edib. Bu barədə “Times of Israel” nəşri İsrail Müdafiə Ordusuna istinadən məlumat verir.
«İsrail Hərbi Hava Qüvvələri təyyarəni işə salmadan əvvəl özəyə hücum və istifadə etdikləri təyyarəni məhv edib», - İMO-nun bəyanatında deyilir.
Həmçinin İMO bəyan edib ki, «Hizbullah» hərəkatının üzvləri sərhədyanı rayonlarındakı yaşayış məntəqəsindən İsrail istiqamətində dronları işə salmağa çalışıblar.
Bundan əlavə, bəyanatda bildirilir ki, İsrail qırıcıları Livanın cənubunda «Hizbullah»la bağlı bir neçə hədəfi vurublar. **