Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb, onlarla insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu barədə Yaponiya mətbuatı məlumat yayıb.
50-dən çox bina uçub və dağıntılar altında insanların ola biləcəyi ehtimal edilir.
Yanvarın 1-də Yaponiyanın İşikava prefekturasının sahilində 7,6 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələdən sonra elan edilmiş sunami təhlükəsi yanvarın 2-də ləğv edilib.*