Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Ailə Sağlamlıq Mərkəzi Kompleksinin layihə-smeta sənədlərinin hazırlanmasına 177 min manat yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, “Projekt Ltd” MMC ilə müvafiq müqavilə bağlanıb.
Müqavilə çərçivəsində işlərin 4 dekabr 2024-cü il tarixinədək yekunlaşdırılması planlaşdıırlır.*
B.Rüstəmbəyov