Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Şirvan şəhərində və Göygöl, Qusar, Oğuz, Balakən, Saatlı, Ağsu, Neftçala, Ağstafa və Salyan rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satın alınmasına 2 milyon manatdan çox vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, “Avanqard İnşaat Mənzil Tikinti Kooperativi” ilə 2 milyon 59,23 min manat məbləğində müqavilə bağlanıb.
Müqavilə çərçivəsində işlərin 3 mart 2024-cü il tarixinədək yekunlaşdırılması planlaşdırılır.*
B.Rüstəmbəyov