Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə mənzillərin alışına 1,5 milyon manata yaxın vəsait yönəldəcək.
“İnteraks-Azərbaycan” dövlət satınalmaları portalına istinadən xəbər verir ki, fiziki şəxs Natiq Əlisoy ilə 1 milyon 554.24 min manat dəyərində müqavilə imzalanıb.
Tenderin şərtlərinə görə, Şirvan şəhərində və Göygöl, Qusar, Oğuz, Balakən, Saatlı, Ağsu, Neftçala, Ağstafa və Salyan rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satınalınması nəzərdə tutulur.
Müqavilə üzrə işlərin icra müddəti – 30 mart 2024-cü ilə qədərdir. **
İnformasiya şöbəsi