Bakı ilə İrəvan arasında sülh sazişi tez zamnda imzalanarsa, Avropa bundan yalnız qazanar. Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov belə hesab edir.
Əmirbəyov Estoniya İctimai Televizyasına (ERR) müsahibəsində bəyan edib ki, Avropa İttifaqı müəyyən mərhələdə sülh prosesi çərçivəsində Ermənistanla Azərbaycan arasındakı mövqelərin yaxınlaşmasında mühüm rol oynayıb. O, Aİ ölkələrinə müraciət edərək “onların Azərbaycanın sülh prosesini tez bir zamanda başa çatdırmaq və Ermənistanla sülh sazişi imzalamaq istəyini dəstəkləmələrini» istəyib.
“Bu, düşmənçilik səhifəsini çevirməyə və bütün Cənubi Qafqaza hər üç ölkənin mehriban qonşu olacağı zaman tədricən normal həyata başlamağa imkan verəcək. Bu perspektivə xələl gətirə biləcək hər hansı addım və bəyanatlardan çəkinməyi xahiş edirəm”, - Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi deyib.
O əlavə edib ki, əfsuslar olsun ki, Aİ “hələlik vahid struktur deyil, biz ayrı-ayrı ölkələrin mövqelərinin Cənubi Qafqazda uzunmüddətli, ədalətli sülhün əldə edilməsi prosesinə mənfi təsir göstərdiyini görürük”.
“Düşünürəm ki, Avropa İttifaqı xoşbəxt olmalıdır ki, onun birbaşa qonşuluğunda, Cənubi Qafqazı nəzərdə tuturam, artıq yeni müharibə perspektivləri olmasın. Bunun üçün bəzən erməni cəmiyyətində səsləndirilən revanşizm cəhdlərini rədd etmək və Azərbaycanın xoş iradəsini təşviq etmək və ümid edirəm ki, Ermənistanın sülh sazişi üzərində işini başa çatdırmaq lazımdır. Beləliklə, düşünürəm ki, əgər Ermənistan və Azərbaycan arasında sülh sazişi tezliklə imzalanarsa, Avropa yalnız qazanar”, - Əmirbəyov bəyan edib. O əlavə edib ki, “əgər Avropa ölkələri bu prosesə mühüm dərəcədə kömək edə bilmirsə, onların, ən azı, buna mane olmayacağını gözləyirik”. **
İnformasiya şöbəsi