Çərşənbə günü İranın Kirman şəhərində İslam İnqilabı Keşikçiləri Korpusunun Əl-Qüds Xüsusi Qüvvələrinin komandiri, general Qasım Süleymaninin məzarı yaxınlığında iki partlayış baş verib, 53 nəfər həlak olub, daha 70-ə yaxın şəxs yaralanıb və xəsarət alıb. Bu barədə İran televiziyası məlumat verir.
Televiziya ilə yayımlanan görüntülərdə qaçan insanlar və hadisə yerinə tələsən tibb xidmətinin əməkdaşları əks olunub.
Partlayışlar Qasım Süleymaninin xatirə günündə baş verib.
Süleymani 3 yanvar 2020-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinin hava hücumu nəticəsində Bağdadda həlak olub. **