Çərşənbə günü İranın Kirman şəhərində İslam İnqilabı Keşikçiləri Korpusunun Əl-Qüds Xüsusi Qüvvələrinin komandiri,general Qasım Süleymaninin məzarı yaxınlığında vaş vermiş partlayışlar nəticəsində 100-dən çox şəxs həlak olub, daha 170-ə yaxın şəxs yaralanıb və xəsarət alıb. Bu barədə İran mətbuatı məlumat verir.
İstintaqın ilkin nəticələrinə əsasən, partlayıcı maddələr qəbiristanlıqda qalan iki çantaya qoyulub, partlayış kənardan idarə olunub.
İranın xüsusi xidmət orqanları hesab edir ki, Kerman şəhərində baş verən partlayışlar məqsədyönlü terror aktları olub.
«Bu partlayışlar - terrorçuların hücumudur», - çərşənbə günü «Əl-Cəzirə» telekanalı Kermanın təhlükəsizlik xidmətinin rəhbəri Rəhman Cəlilinin sözlərindən sitat gətirir.
Daha öncə qaz balonlarının partlaması ehtimalı irəli sürülüb.
Partlayışlar Qasım Süleymaninin xatirə günündə baş verib. Süleymani 3 yanvar 2020-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinin hava hücumu nəticəsində Bağdadda həlak olub. **