OPEC+ ölkələri neft bazarlarında sabitliyə nail olmaq cəhdində razılaşmaya sadiq qalırlar. Bu barədə OPEC Katibliyinin alyans iştirakçıları ilə məsləhətləşmələrin yekunlarına dair bəyantında deyilir.
«OPEC Katibliyi 2024-cü ilin əvvəlində OPEC ölkələri ilə, habelə əməkdaşlıq bəyannaməsinə qoşulmuş qeyri-OPEC ölkələrlə məsləhətləşmələrdən sonra onların birlik və həmrəylik, neft bazarının sabitliyinin qorunması üçün səylərin davam etdirilməsinə tam sadiqliyini yenidən təsdiqləyir», - bəyanatda deyilir.
Vurğulanır ki, OPEC+ çərçivəsində əməkdaşlıq bütün istehsalçıların, istehlakçıların və investorların, habelə bütövlükdə dünya iqtisadiyyatının xeyrinə davam edəcək. **