İran prezidenti İbrahim Rəisi Kirman şəhərində törədilən terror aktında həlak olanların ailələrinə başsağlığı verib və günahkarları məsuliyyətə cəlb etməyə çağırıb. Bu barədə çərşənbə günü «Mehr» agentliyi xəbər verir.
«Şübhəsiz, bu qorxaq aktda günahkar olanlar tezliklə təhlükəsizlik və hüquq-mühafizə qüvvələri tərəfindən müəyyən ediləcək və cinayətkarlar öz mənfur hərəkətlərinə görə cəzalandırılacaqlar», - Rəisi bəyan edib.
İran Islam Respublikasının dini rəhbəri Ayətullah Əli Xamenei vurğulayıb ki, «düşmənlər bilməlidirlər ki, bu fəlakətə sərt cavab veriləcək».
«Yaralıların sağalması üçün dua edirəm», - o əlavə edib.
Bundan əlavə, Avropa İttifaqı İran xalqına başsağlığı verib.
"Aİ İranın Kirman şəhərində bugünkü partlayışı ən qəti şəkildə qınayır. (...) Günahkarlar məsuliyyətə cəlb edilməlidir", - Avropa İttifaqı Xarici Əlaqələr Xidmətinin saytında dərc olunan bəyanatda deyilir.
BMT Baş katibinin Ofisinin nümayəndəsi Florensiya Soto Ninyo qeyd edib ki, «Baş katib İran İslam Respublikasının Kirman şəhərində baş verən hücumu (...) qəti şəkildə pisləyir».
«Baş katib günahkarları məsuliyyətə cəlb etməyə çağırır», - o əlavə edib. **