İranın Kirman şəhərində törədilmiş terror aktı nəticəsində 84 nəfər həlak olub. EFE agentliyi xəbər verir ki, bunu İranın daxili işlər naziri Əhməd Vahidi deyib.
Onun sözlərinə görə, 284 nəfər yaralanıb, onlardan 220 nəfəri xəstəxanaya yerləşdirilib.
Daha əvvəl partlayışlar nəticəsində 103 nəfərin öldüyü, 211 nəfərin isə yaralandığı bildirilmişdi.
Xatırladaq ki, yanvarın 3-də İran İnqilabı Keşikçiləri Qvardiyasının “Qüds” xüsusi bölməsinin keçmiş komandanı general Qasım Süleymaninin anım günündə Kirman şəhərində bir neçə partlayış baş verib. Q.Süleymani 2020-ci il yanvarın 3-də Bağdadda ABŞ-ın endirdiyi raket zərbələri nəticəsində öldürülüb.*