Səudiyyə Ərəbistanı hökuməti İsrailin iki nazirinin fələstinlilərin Qəzza zolağından çıxarılması və orada yəhudi yaşayış məntəqələrinin bərpa edilməsi ilə bağlı fikirlərini tənqid edib.
Yaxın Şərq mətbuatı xəbər verir ki, Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi bu çağırışın ekstremist xarakterli olduğunu bildirib və dünya birliyini İsrailin beynəlxalq hüquq normalarını və beynəlxalq humanitar hüququn prinsiplərini pozmasına mane olmağa çağırıb.*