Yanvarın 4-də Laçın rayonunda baş vermiş yol qəzasında Azərbaycan Ordusunun iki hərbi qulluqçusu həlak olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“Yanvarın 4-də Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Həsən İsmayılov və Səxavət Axundov həlak olublar”, - deyə məlumatda bildirilir.
Faktla bağlı araşdırma aparılır.*
X.Nəsirzadə