Avropa İttifaqının (Aİ) xarici işlər üzrə ali nümayəndəsi Cozef Borrel Aİ adından İranın Kirman şəhərində çoxsaylı insan ölümünə səbəb olmuş terror aktını pisləyən bəyanat yayıb.
“Aİ Kirman şəhərində baş vermiş partlayışları şiddətlə qınayır. Bu dəhşətli terror aktı günahsız insanların həyatına son qoyub. Aİ İran xalqı ilə həmrəy olduğunu bildirir”, - deyə bəyanatda qeyd olunur.
Son məlumatlara görə, terror aktı nəticəsində 84 nəfər həlak olub, 284 nəfər yaralanıb, onlardan 220 nəfəri xəstəxanaya yerləşdirilib.
Daha əvvəl partlayışlar nəticəsində 103 nəfərin öldüyü, 211 nəfərin isə yaralandığı bildirilmişdi.
Yanvarın 3-də İran İnqilabı Keşikçiləri Qvardiyasının “Qüds” xüsusi bölməsinin keçmiş komandanı general Qasım Süleymaninin anım günündə Kirman şəhərində bir neçə partlayış baş verib. Q.Süleymani 2020-ci il yanvarın 3-də Bağdadda ABŞ-ın endirdiyi raket zərbələri nəticəsində öldürülüb.*